Hakan Fidan Bakıda Peskovla görüşdü
Kateqoriya məlum deyil
T
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) 7-ci zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib
Sfera.az xəbər verir ki, Fidan sammit çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb. Zirvə toplantısında regional əməkdaşlıq, nəqliyyat bağlantıları, rəqəmsallaşma və davamlı inkişaf məsələləri müzakirə olunur.
Görüşün yekununda Bakı Bəyannaməsinin və əməyin təhlükəsizliyi sahəsində əməkdaşlığa dair sənədin qəbul edilməsi gözlənilir. Həmçinin Laos xalqının yeni üzv kimi qəbul edilməsi nəzərdə tutulur.
Fatimə Ələkbər
Sfera.az






