Kolumbiyanın Qüds qərarına Türkiyədən ETİRAZ
Kateqoriya məlum deyil
T
Türkiyə Kolumbiyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarına etiraz edib.
Sfera.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu addımın BMT Təhlükəsizlik Şurasının 476 və 478 saylı qətnamələrini pozduğunu və Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət rəyinə zidd olduğunu bildirib.
Nazirlik Şərqi Qüdsün işğal olunmuş Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, Kolumbiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Bəyanatda paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının regionda davamlı sülh üçün əsas şərt olduğu qeyd edilib.
Fatimə Ələkbər
Sfera.az






