Təbrizdən Azərbaycandakı hicab müzakirələrinə SƏRT REAKSİYA – FOTO

Təbrizdən Azərbaycandakı hicab müzakirələrinə SƏRT REAKSİYA – FOTO
Kateqoriya məlum deyil
T

Təbriz şəhərini təmsil edən “Traktor” futbol klubu Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirib.

Sfera.az xəbər verir ki, bu barədə klubun səhifəsində paylaşım edilib.

Paylaşımda İranda Azərbaycan türklərinin ana dilində təhsil almaq imkanlarının məhdudlaşdırıldığı xatırladılıb:

“Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər!

İranda 40 milyona yaxın türk var. Lakin yaşadıqları öz torpaqlarında 100 ildən artıqdır ki, məktəblərdə türk (Azərbaycan) dilində təhsil qadağandır, heç kim öz dilində danışa bilmir.

Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim türk dilində şirkətə, mağazaya və bu kimi müəssisələrə ad verə bilmir. Yalnız fars və ərəb dillərində adlara icazə verilir! Hətta prezidentin (Məsud Pezeşkian) belə öz dilində danışmasına güclə icazə verilir!

Azərbaycanda bir həftədir baş örtüyünə qadağa olduğunu iddia edərək öz qardaşlarınıza düşmən kəsildiniz! Amma 100 ildir İranda yaşayan müsəlman türklərə qarşı aparılan assimilyasiyaya səsiniz çıxmır!

Əgər müsəlman insanların hüquqları sizin üçün bu qədər vacibdirsə, insanlıqdan bu qədər dəm vurursunuzsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?!/globalinfo

WhatsApp Image 2026 10 14 at 17.23.10

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR