"Latviya Rusiyadan taxıl tranzitini qadağan edə bilməz"

"Latviya Rusiyadan taxıl tranzitini qadağan edə bilməz"
Kateqoriya məlum deyil
T

Latviya Rusiyadan taxıl tranzitini qadağan etmək və ya ölkənin dəmir yolu infrastrukturundan istifadəyə görə tarifləri 300 faiz artırmaq səlahiyyətinə malik deyil.

Sfera.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tranzit və tarif məsələlərində müstəsna səlahiyyətlər Avropa İttifaqına məxsusdur.

Baş nazir bu məsələni yaxın vaxtlarda Brüsseldə müzakirə etmək niyyətində olduğunu deyib. O qeyd edib ki, Latviya müəyyən şərtlər daxilində bu istiqamətdə addımlar ata bilər, lakin belə qərarlar konkret risklərlə müşayiət olunur.

Qeyd edək ki, sentyabrın 8-nə olan məlumata görə, cari kənd təsərrüfatı ilində Rusiya taxılının ən böyük alıcısı İran olub. Bu ölkəyə 913,7 min ton taxıl tədarük edilib. İkinci yerdə isə 846,8 min tonla Misir qərarlaşıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR