Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
Kateqoriya məlum deyil
T
ABŞ Türkiyədən Yəməndəki Husi üsyançı hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə bilər.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o (Rəcəb Tayyib Ərdoğan - red.), mənim yaxşı dostumdur və mən də bunu edə bilərəm. Türkiyə Prezidentinə böyük hörmətim var.
Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək. Ona böyük hörmətim var", - deyə Tramp bildirib./axar.az






