Azərbaycanda yeni inistitut yaradıla bilər - TƏKLİF

Azərbaycanda yeni inistitut yaradıla bilər - TƏKLİF
Kateqoriya məlum deyil
T

“Azərbaycana qarşı ideoloji zəmində hibrid hücumların müşahidə olunması milli ideologiya və ideoloji təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin iclasında çıxışı zamanı deyib.

Millət vəkili müasir dövrdə milli ideologiyanın qorunması və inkişaf etdirilməsinin dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biri olduğunu açıqlayıb:


“Milli ideologiyanın əsasını dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər təşkil edir. Milli ideologiyanın müasir çağırışlara uyğun inkişafı elmi araşdırmalar və maarifləndirmə işləri ilə dəstəklənməlidir”.

Deputat bu məqsədlə Azərbaycanda Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib. O bildirib ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşdirilməsinə mühüm töhfə verə bilər.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR