Tramp: "Onların itirəcəyi çox şey var"

Tramp: "Onların itirəcəyi çox şey var"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana dəstək göstərdiyinə inanmadığını bildirib.

Sfera.az xəbər verir ki, Amerika lideri bu barədə oktyabrın 12-də “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bəzi siyasi dairələrin Rusiya və Çinin İrana yardım göstərməsi ilə bağlı iddialarına münasibət bildirib.

“Radikal solçuların Çin və Rusiyanın İran İslam Respublikasına yardım etməsi barədə çoxsaylı açıqlamalarını görürəm. Əgər onlar bunu edirlərsə belə, yardımın miqyası olduqca kiçikdir. Amma mən ümumiyyətlə onların belə bir addım atdığına inanmıram”, – ABŞ Prezidenti qeyd edib.

Trampın sözlərinə görə, Moskva və Pekinin bu cür addımlar atacağı təqdirdə itirəcəyi çox şey var.

“Onların itirəcəyi çox şey var. Üstəlik, belə bir hal baş versəydi, biz bundan xəbər tutardıq və özü də çox tez”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR