Endi Börnhem Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Endi Börnhem Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir
Kateqoriya məlum deyil
T

Böyük Britaniyanın Baş naziri Endi Börnhem bazar ertəsi parlamentdə çıxışı zamanı Avropa İttifaqı (Aİ) ilə daha sıx münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

O, Brexitdən sonra Aİ ilə əldə ediləcək yeni razılaşmanın iqtisadi artıma təkan verə və miqrasiyaya nəzarəti gücləndirə biləcəyini deyib.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 2016-cı ildə Britaniyanın Aİ üzvlüyünə dair referendum zamanı ölkənin ittifaqda qalmasını dəstəkləyən Börnham parlament tətilinin başa çatması münasibətilə çıxış edib.

Onun açıqlamasında hökumətin Avropa İttifaqı ilə gələcək münasibətlərə dair yanaşması əsas mövzudur.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR