Baş nazir: Kamboca Azərbaycanın ASEAN-da müşahidəçi statusunu dəstəkləyir

Baş nazir: Kamboca Azərbaycanın ASEAN-da müşahidəçi statusunu dəstəkləyir
Kateqoriya məlum deyil
T

Kamboca Azərbaycanın ASEAN-da müşahidəçi statusunu dəstəkləyir.

Sfera.az xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.

Baş nazir bildirib ki, Kamboca Azərbaycanın ASEAN-la əlaqələrinin inkişafını vacib hesab edir.

“Hazırda dünyada vəziyyət son dərəcə mürəkkəbləşib. Regionlar və ölkələr arasında qarşılıqlı əlaqələr, xüsusilə beynəlxalq arenada getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kamboca və Azərbaycanın əməkdaşlığı gücləndirmək öhdəliyi çoxtərəfli əlaqələrin inkişafına da töhfə verəcək”./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR