Macarıstan Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi
Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək və ölkə ərazisindən silah tranzitinə icazə verməyəcək.
Sfera.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Baş nazirin açıqlamasını Macarıstanın “Index” nəşri yayıb.
Madyar vurğulayıb ki, Budapeştin mövqeyi Ukraynaya silah tədarükünü, eləcə də digər ölkələrdən göndərilən silahların Macarıstan ərazisindən tranzitini istisna edir.
Baş nazir Ukraynanın Zakarpatye vilayətində yaşayan macar azlığının hüquqlarının qorunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı artıq razılıq əldə olunub.
Xatırladaq ki, Madyar iyul ayında Ankarada keçirilən NATO sammitində Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarük etməyəcəyini bəyan etmişdi.






