907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ nəşri

907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ nəşri
Kateqoriya məlum deyil
T

Amerikanın “National Review” nəşri Vaşinqtonu Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çağıran məqalə dərc edib. Məqalədə Bakı ABŞ-nin Cənubi Qafqaz və Xəzər regionunda mühüm strateji tərəfdaşı kimi təqdim olunur.

Sfera.az "Trend"ə istinadən xəbər verir ki, məqalənin müəllifi, “Turan Research Center” araşdırma mərkəzinin direktoru Cozef Epşteyn qeyd edir ki, Azərbaycan və ABŞ-nin maraqları, xüsusilə regional təhlükəsizlik məsələlərində böyük ölçüdə üst-üstə düşür.

Analitikin fikrincə, Azərbaycan 2020 və 2023-cü illərdə real döyüş təcrübəsi qazanmış döyüş qabiliyyətli orduya, Türkiyə və İsrail istehsalı olan müasir silahlara, eləcə də strateji coğrafi mövqeyə malikdir.

Məqalədə Xəzər dənizinə xüsusi diqqət yetirilir.

Epşteyn ABŞ Konqresini Azərbaycana Amerika yardımını məhdudlaşdıran 907-ci düzəlişi birdəfəlik ləğv etməyə, həmçinin Bakıya müasir hava hücumundan və raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələri, kəşfiyyat avadanlıqları və Xəzər dənizinin mühafizəsi üçün patrul gəmiləri tədarük etməyə çağırır.

Müəllif vurğulayır ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi Vaşinqtonun maraqlarına uyğundur və enerji infrastrukturunun, eləcə də Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta dəhlizin təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Analitik sonda qeyd edir ki, mövcud geosiyasi vəziyyət ABŞ-yə Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək və regionda strateji mövcudluğunu genişləndirmək imkanı yaradır.

Xatırladaq ki, "National Review" jurnalı siyasi, sosial və mədəni mövzularda şərhlər təqdim edən nüfuzlu Amerika jurnalı və veb-saytıdır.

Jurnal 1955-ci ildə amerikalı şərhçi Uilyam F. Bakli tərəfindən təsis edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR