Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdi

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdi
Kateqoriya məlum deyil
T

Ukrayna Rusiyanın son günlər ölkəyə endirdiyi zərbələr nəticəsində 78 mülki şəxsin həlak olduğunu, 215 nəfərin isə yaralandığını açıqlayıb.


Sfera.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, ölkəsi son günlər intensiv hava hücumlarına məruz qalıb və Rusiyanın yeni terror dalğasına cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.


Nazirin sözlərinə görə, Rusiya ordusu oktyabrın 7-də Priluki şəhərinə zərbə endirib, dünən isə Kramatorskda iki sərnişin avtobusunu hədəf alıb. Bundan başqa, Ukraynanın paytaxtı Kiyevə də hücumlar həyata keçirilib. Sibiha son günlər baş verən hücumlar nəticəsində 78 nəfərin həyatını itirdiyini, 215 nəfərin yaralandığını qeyd edib.


“Döyüş meydanında heç bir nəticə əldə edə bilməyən hərbi cinayətkar (Rusiya Prezidenti Vladimir) Putin Ukraynanın mülki əhalisinə qarşı terroru gücləndirir”, – deyə nazir bildirib.


Sibiha Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin legitimliyini şübhə altına alaraq beynəlxalq ictimaiyyəti BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalmağa və Rusiyanın hərəkətlərinə konkret, müvafiq cavab verilməsini təmin etməyə çağırıb.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR