Ermənilərin bulaq daşlarındakı əlifba yanlışlığı və saxta irs mifinin İFŞASI

Ermənilərin bulaq daşlarındakı əlifba yanlışlığı və saxta irs mifinin İFŞASI
Kateqoriya məlum deyil
T

Qondarma rejimin dini və mədəni irs adı altında təqdim etdiyi iki cildlik kitab ilk baxışda elmi araşdırma və mədəni irsin qorunması təşəbbüsü təsiri bağışlayır. Lakin kitabda yer alan bəzi məlumatlar və tarixi yazılarla bağlı suallar ortaya çıxır.

Sfera.az xəbər verir ki, kitabın ikinci cildinin 252-ci səhifəsində Xocavənd rayonunda yerləşən Yevnik bulağı haqqında məlumat verilir.

Bulağın üzərində erməni dilində yazı təqdim olunur və onun 1894-cü ilə aid olduğu göstərilir. Lakin yazının dili və üslubu ilə bağlı ciddi uyğunsuzluqlar var.

Belə ki, mətndə qədim erməni dili elementlərindən istifadə edilməyə çalışılıb, lakin cümlə quruluşu və bəzi sözlər müasir şərq ermənicəsinə uyğun gəlir. Bundan başqa, yazıda həm qədim yazı qaydasına aid əlifba elementlərindən, həm də sovet və müasir dövrə xas fonetik yazı xüsusiyyətlərindən istifadə edilib.

Bu isə yazının XIX əsrin sonlarına aid olması ilə bağlı ciddi şübhələr yaradır. Çünki 1894-cü ildə hazırlanmış tarixi yazıda sonrakı dövrlərə xas dil və yazı xüsusiyyətlərinin olması məntiqi baxımdan uyğunsuz hesab edilir.

Yazının qrafik xüsusiyyətləri də diqqət çəkir. XIX əsrin sonlarına aid daş kitabələrdə hərflərin əl ilə işlənmiş, fərqli xətt və kəsim xüsusiyyətlərinə malik olduğu halda, sözügedən yazıda hərflərin daha standart və eyni formada həkk edildiyi görünür.

Bu xüsusiyyətlərə əsasən, yazının XIX əsrə aid tarixi nümunə deyil, daha sonrakı dövrdə hazırlanmış ola biləcəyi aydın olur.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR