Rubio: "Hazırda Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil"

Rubio: "Hazırda Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil"
Kateqoriya məlum deyil
T

ABŞ dövlət katibi Marko Rubio Ukraynanın NATO-ya üzvlüyü məsələsinin hazırda gündəmdə olmadığını bildirib.

Sfera.az xəbər verir ki, Rubio bu barədə İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Günnarsdottirlə Reykyavikdə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil. Çünki açıq şəkildə, bu prosesin baş tutması üçün bütün tərəflərin razılığına ehtiyac var”, –deyə Rubio bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına fokuslanıb. Rubio ABŞ-nin münaqişənin həlli prosesində konstruktiv rol oynamağa çalışdığını vurğulayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR