Çexiya iqtisadi səbəblərə görə “Avroviziya”da iştirak etməyəcək

Çexiya iqtisadi səbəblərə görə “Avroviziya”da iştirak etməyəcək
Kateqoriya məlum deyil
T

Çexiya 2027-ci ildə Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.


Sfera.az xəbər verir ki, bu barədə müsabiqə üçün iştirakçıların seçimini və göndərilməsini həyata keçirən Çex Televiziyası “X” hesabında məlumat yayıb.


“2027-ci ildə səhnədə Çexiya bayrağını görməyəcəksiniz. Çex Televiziyası gələn il müsabiqədə iştirak etməyəcək”, – deyə açıqlamada bildirilib.


Çexiya mediasının məlumatına görə, qərarın əsas səbəbi Çex Televiziyasının maliyyəyə qənaət etmək zərurəti və gələn il üçün maliyyələşmənin qeyri-müəyyən olmasıdır.


Maliyyə çətinlikləri səbəbindən Çex Televiziyası “Avroviziya-2027”nin yayımı üçün lisenziya almaqdan da imtina edib.


Qeyd edək ki, Çexiya 2007-ci ildən etibarən “Avroviziya” müsabiqəsində mütəmadi iştirak edib. Ölkənin təmsilçiləri 6 dəfə müsabiqənin finalına yüksəliblər.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR