Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”
Kateqoriya məlum deyil
T

İran rəqibinə qarşı yeni addımlar atmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rza Rzayi bildirib.

O qeyd edib ki, qarşı tərəfin İranla bağlı yol verdiyi hər bir səhv onun üçün ağır məğlubiyyətlə nəticələnib.

“Qarşı tərəfin növbəti səhvi yeni cəbhələrin açılmasına və daha böyük sürprizlərin ortaya çıxmasına səbəb olacaq”, – deyə o vurğulayıb.

Rzayinin sözlərinə görə, İran İslam İnqilabının Ali Rəhbərinin müdrik rəhbərliyi, tarix yazan xalqın dəstəyi və dövlətin bütün qanadlarının koordinasiyası sayəsində mövcud mürəkkəb şəraitdən inamla çıxacaq./bizimmedia

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR