Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə təbrik məktubu ünvanlayıb.
Sfera.az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".





