“Birliyin gücü-2026” təlimləri başa çatdı

“Birliyin gücü-2026” təlimləri başa çatdı
Kateqoriya məlum deyil
T

Azərbaycanda keçirilən təlimlərdə Türkiyə və Özbəkistanın bölmələri də iştirak edib. Təlim türk dövlətlərinin hərbi əməkdaşlığının genişləndirilməsinə hazır olduğunu nümayiş etdirib.

Sfera.az xəbər verir ki, sentyabrın 21-dən oktyabrın 1-dək davam edən təlimlərdə 3500-dən çox hərbçi iştirak edib. Təlimlərdə 130-dan çox pilotsuz uçuş aparatı, 70 zirehli texnika, 90 artilleriya sistemi, həmçinin təyyarələr, helikopterlər, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri, eləcə də 20-dən çox hərbi-dəniz bölməsi cəlb olunub.

Əməliyyatların ilk mərhələsində hərbçilər hibrid təhdidlərə qarşı mübarizə, kiberhücumların aşkarlanması və zərərsizləşdirilməsi, dezinformasiyaya qarşı mübarizə və digər tədbirlərə diqqət yetiriblər.

İkinci mərhələdə terrorla mübarizə əməliyyatları vasitəsilə təxribat fəaliyyətlərinin qarşısının alınmasına fokuslanıblar. Üçüncü mərhələnin məqsədi isə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi olub.

Təlimlər Qarabağda, Naxçıvanda və Xəzər dənizində keçirilib. Onların əsas məqsədləri əməliyyat uyğunluğunun artırılması və təlim prosedurlarının standartlaşdırılması olub.

Təlimlərin Türkiyənin Azərbaycana hərbi dəstəyi davam etdirməyə hazır olduğunu nümayiş etdirdiyi bildirilir. Özbəkistanın iştirakı isə ölkənin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kənarda hərbi tərəfdaşlar axtardığı və Azərbaycanın, eləcə də Türkiyənin döyüş təcrübəsindən yararlanmaq istədiyi kimi qiymətləndirilir.

Təlimlərdə Ukraynadakı müharibədən əldə olunan təcrübədən çıxarılan nəticələrin də tətbiq edildiyi qeyd olunur.

Məqalədə vurğulanır ki, təlimlər türk dövlətləri arasında inteqrasiyanın artıq yalnız iqtisadi və mədəni məsələlərlə məhdudlaşmadığını, gələcəkdə hərbi-siyasi əməkdaşlığa daha çox yönələcəyini göstərir.

Uzunmüddətli perspektivdə bunun keçmiş sovet respublikaları ilə münasibətlərdə regionda əsas mövqeyini qorumağa çalışan Rusiya üçün çağırışa çevrilə biləcəyi bildirilir.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR