Zaxarova Avropaya xəbərdarlıq etdi

Zaxarova Avropaya xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanın Rusiyaya qarşı hərbi hücuma keçəcəyi təqdirdə münaqişənin çox qısa müddət davam edəcəyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə “T11” telekanalı məlumat yayıb.

Zaxarova qeyd edib ki, Rusiya Avropa ölkələrini təhdid etmir və belə bir niyyəti yoxdur. Onun sözlərinə görə, Moskva istənilən təcavüzün qarşısını almaq və təcavüzkara qarşı mübarizə aparmaq imkanına malikdir.

Diplomat vurğulayıb ki, Avropanın Rusiyaya hücumu baş verəcəyi halda bunun “tamamilə fərqli müharibə” olacağını bildirib.

“Əgər Avropa Rusiyaya hücum edərsə, bu, tamamilə fərqli bir müharibə olacaq, çox qısamüddətli olacaq”, – Zaxarova deyib./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR