“Axios”: ABŞ-İran danışıqları dalana dirənib

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib.
Sentyabrın 28-də Qətər nümayəndələri İranın xarici işlər naziri Abbas Əraqçı ilə danışıqlar aparıblar. Məsləhətləşmələrdə Qətərin kompromis təklifi müzakirə edilsə də, əhəmiyyətli irəliləyiş qeydə alınmayıb. Diplomatik səylərdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.
“Danışıqlar dalana dirənib. İran ABŞ-nin qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə üstün mövqedə olduğunu düşündüyü üçün kompromisə ehtiyac görmür”, – mənbə bildirib.
“Axios” yazır ki, Qətər rəsmiləri diplomatik həll istiqamətində səylərini davam etdirmək niyyətindədirlər. Bununla belə, danışıqlarda irəliləyiş əldə olunmaması hərbi əməliyyatların yenidən genişlənməsi riskini artırır.
“Reuters” də Qətərin Vaşinqton və Tehran arasında vasitəçilik fəaliyyətinin davam etdiyini, lakin danışıqların hələ konkret nəticə vermədiyini bildirir./teleqraf






