Aran zonasında şəhidlərin xatirələri anılıb

Aran zonasında şəhidlərin xatirələri anılıb
Kateqoriya məlum deyil
T

Mərkəzi Aran bölgələrində - Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçrilib.

Sfera.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsuda Qəhrəmanlar Kompleksi və Şəhidlər xiyabanı ziyarət olunub.

Həmçinin Pirhəsənli kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

R. Bağırov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhid və qazilərin döyüş yolundan söz açıb, onların hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

Anım Günü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanı da ziyarət olunub. İcra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib.

Rayon rəhbərliyi və tədbir iştirakçıları torpaqların azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarı önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Zərdab rayonunda da Anım Günündə şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib, ağacəkmə aksiyası təşkil edilib.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və digər rəsmilər Şəhidlərin xatirə parkındakı abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycanın suverenliyi bərpa edilib.

Daha sonra tədbir iştirakçıları tərəfindən rayonun Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunub.

Kürdəmirdə də Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və digər rəsmilər Şəhidlərin xatirə parkındakı abidəni ziyarət edib önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR