Türkiyə səfirliyi Anım Günü ilə bağlı paylaşım etdi

Kateqoriya məlum deyil
T
Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Sfera.az xəbər verir ki, səfirliyin “X” hesabında edilən paylaşımda deyilir:
"27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik.
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik.
Şəhidlərimizin ruhu şad olsun, Azərbaycan xalqının başı sağ olsun".






