Pezeşkian: İran husilərə göstəriş vermir

Kateqoriya məlum deyil
T
İran Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) göstəriş vermir və onların fəaliyyətinə görə məsuliyyət daşımır.
Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində bildirib.
“Husilər öz hərəkətlərinə görə özləri məsuliyyət daşıyırlar. Onlar bizdən göstəriş almırlar”, – Pezeşkian deyib.
İran Prezidenti bildirib ki, Tehran husilərlə əlaqə saxlayır, lakin tərəflər arasında sistemli münasibətlər mövcud deyil./teleqraf






