Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır

Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iclas zalında olmamasına dair məlumat yayılıb.

Sfera.az xəbər verir ki, Məsud Pezeşkianın ötən gün BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda olub.

İran Prezidentinin çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair səslənən iddialar dezinformasiya və feykdir.

Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi bildirilib.

Azərbaycanın nümayəndə heyətinin zalı tərk etməsi barədə məlumat həqiqəti əks etdirmir.\\apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR