Ərdoğan BMT-də Fələstinlə bağlı çağırış etdi

Ərdoğan BMT-də Fələstinlə bağlı çağırış etdi
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Təhlükəsizlik Şurasının islahatına və Fələstin dövlətinin daha geniş tanınmasına çağırış edib.

Sfera.az xəbər verir ki, Ərdoğan BMT-nin sülh və təhlükəsizliyin qorunması missiyasını yerinə yetirməkdə çətinlik çəkdiyini bildirib. O, Təhlükəsizlik Şurasının daha əhatəli və inklüziv struktura malik olmasının vacibliyini vurğulayıb. Türkiyə lideri qeyd edib ki, 190-dan çox ölkənin iradəsinin beş ölkənin qərarlarından asılı olduğu sistem ədalətli deyil və beynəlxalq etimadın tam formalaşmasına imkan vermir.

Ərdoğan çıxışında Qəzzadakı vəziyyətə də toxunaraq, beynəlxalq ictimaiyyətin baş verənlərə göz yummamalı olduğunu deyib. O, Fələstin dövlətini tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə, bütün dövlətləri isə İsrailə Qəzzadakı müharibəyə son qoyması üçün təzyiqləri artırmağa çağırıb.

Türkiyə Prezidenti həmçinin Fələstin Prezidenti Mahmud Abbasın iki il ardıcıl olaraq BMT Baş Assambleyasının iclasında iştirak edə bilməməsini ədalətsizlik kimi qiymətləndirib. Qeyd edək ki, NATO üzvü olan Türkiyə İsrailin Qəzzadakı hərbi əməliyyatlarının ən sərt tənqidçilərindən biridir. Ankara İsrailin hərəkətlərini dəfələrlə soyqırım kimi qiymətləndirib. İsrail isə bu ittihamları rədd edir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR