Makronla Tramp razılığa gəldi

Makronla Tramp razılığa gəldi
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəldiyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Emmanuel Makron görüşün yekunlarına dair açıqlamasında bildirib.

Makronun sözlərinə görə, Paris və Vaşinqton enerji bazarlarında gərginliyin azaldılması, Yaxın Şərqdə kritik infrastrukturun qorunması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün səylərini əlaqələndirəcəklər.

Fransa Prezidenti həmçinin tərəflərin Ukraynanın enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılması üçün moratoriumun əldə olunması istiqamətində işləmək niyyətində olduqlarını qeyd edib. Makron Tramp ilə görüşündə bu məsələni müzakirə etdiyini təsdiqləyib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi ərəfəsində keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR