Logo

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB - FOTO

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19:18

Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

---------

17:58

Moldova prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya, Qaqauz Yeri başqanı İrina Vlax və digər şəxslər daxildir.

Səfər zamanı Moldova lideri Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, bir sıra digər görüşlər keçirəcək.

Səfər iyunun 23-də başa çatacaq.

---------

12:33

Moldova prezidenti İqor Dodon Azərbaycana səfər edir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibinə Sosialistlər partiyasının sədri Zinadia Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Səfər ərəfəsində prezident İ.Dodon qeyd etmişdi ki, Azərbaycan rəhbərliyi ilə bir çox vacib məsələlər müzakirə olunacaq.

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB - FOTO
Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR