Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

Kateqoriya məlum deyil
T
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.
Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər. Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini müşahidə edəcəklər
Firuzə Əliyeva
Açar sözlər:






