Məmmədyarov həmsədrlərlə görüşdü

Məmmədyarov həmsədrlərlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Azərbaycan XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq substantiv danışıqlar yolu ilə onun dəyişdirilməsinin vacibliyi vurğulanıb.

Elmar Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hal-hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən məskunlaşdırma, maddi-mədəniyyət abidələrinin talan və məhv edilməsi, qanunsuz uçuşların təşkil edilməsi, iqtisadi fəaliyyətin aparılması kimi məsələlərə toxunub. O əlavə etdi ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni əməlləri münaqişənin həlli üzrə danışıqlara ciddi maneə olur.

Görüş əsnasında həmçinin danışıqlar prosesinin intensivləşdirilməsi dair fikir mübadiləsi aparılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...