Türkiyə Qətərdən sonra bunu Azərbaycanda etməlidir - ŞƏRH

Türkiyə Qətərdən sonra bunu Azərbaycanda etməlidir - ŞƏRH

Türkiyə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır və istənilən təhlülkəli anda Naxçıvanı qoruyacaq.

Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə yerləşdirdiyi videoçarxda politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Naxçıvanda Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sonunda Müdafiə naziri Zakir Həsənovun "düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində güclü ordu dayanıb” fikirlərinin İrəvana çox ciddi ismarış olduğunu bildirib:

"Bəlkə də elə buna görə Naxçıvandakı hərbi təlimlər Ermənistanda narahatlıq doğurub. Niyə narahatlıq keçirdikləri isə aydın deyil. Əslində, bu hərbi təlimlər Rusiya-Ermənistan birgə hərbi təlimlərinə bir cavabdır və hər dövlətin özəl haqqdır. Açıq demək lazımdır ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır və istənilən təhlülkəli anda Naxçıvanı qoruyacaq. Ermənistan da çox yaxşı bilir ki, faktiki Türkiyənin Naxçıvanda hərbi mövcudluğu var. Bunu Rusiyada da bilirlər. Sadəcə, bu hərbi mövcudluğu rəsmiləşdirməyə ehtiyac var. Bir ara belə arqumentlər irəli sürürdülər ki, Türkiyə NATO dövlətidir və alyansdan icazə almadan hansısa bir xarici ölkədə hərbi baza yarada bilməz. Ancaq bu arqumentlərin əsassızlığı Qətərdə özünü göstərdi. Rəsmi Doha Ankaraya müraciət etdi və Türkiyə ilk xarici ölkədə hərbi bazasını formalaşdırdı. Əgər Qətərdə mümkündürsə, Azərbaycanda niyə olmasın?! Qətərdən sonra Türkiyənin ikinci hərbi bazası məhz Naxçıvanda formalaşdırılmalıdır. Bu, Ermənistana birbaşa mesaj olar ki, əgər Naxçıvana hər hansı bir təhlükə yaratmağı ağıllarından keçirsələr, qarşılarında Türkiyə-Azərbaycan hərbi birliyini görəcəklər”.

Politoloq bu fonda iyunun 19-da Ali Baş Komandanın imzaladığı plan əsasında Azərbaycanın digər ərazilərində keçiriləcək böyük hərbi təlimlərə də diqqət çəkib:

"Təlimlərə yenə çoxlu hərbi heyət və canlı texnika cəlb olunacaq. Hər iki təlim Ermənistana xəbərdarlıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik mərhələli həll planını qəbul etməyi uzatdıqca, bölgədə sonsuzadək hərbi toqquşma ehtimalı artır”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...