ÜAK apelyasiya verdi: hüquqi mübarizə başlayır
Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin təşkilatın ləğvi haqqında qərarından Ali Məhkəmənin Apelyasiya Kollegiyasına şikayət verib.
Sfera.az xəbər verir ki, bu barədə informasiya Ümumrusiya Azərbaycanlıları Konqresinin saytında yer alıb.
Qeyd edək ki, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin şikayəti əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını 15 mayda ləğv edib. Nazirlik öz şikayətində aparılan yoxlamalar əsasında təşkilatın bir sıra qanun pozuntularına yol verdiyini və bunu gizlətdiyini göstərib. Sonradan nazirlik yaydığı məlumatda Konqresə səhvini düzəltməsi üçün dəfələrlə müraciət etdiyini və bunun üçün sonuncu möhlətin 17 oktyabr 2016-cı ildə başa çatdığını bildirib.
Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə yaradılıb.