Prezidentdən İrəvana - İki mühüm mesaj

Prezidentdən İrəvana - İki mühüm mesaj

Dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə iki mesaj verd.

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfərini şərh edən Elxan Şahinoğlu deyib:

"Birincisi, Cocuq Mərcanlının ətrafı, Lələtəpənin azad olunması insanların geri qayıdışına və kəndin bərpa olunmasına şərait yaratdı. Bu o deməkdir ki, sülh danışıqları uğurla nəticələnərsə, Cocuq Mərcanlı prosesi daha da genişlənə, digər kənd və qəsəbələrdə də məskunlaşma sürətlə aparıla bilər. Bu, beynəlxalq aləmə çox ciddi mesaj idi.

İkinci mesaj o idi ki, əslində, Cocuq Mərcanlı sülh danışıqları ilə deyil, məhz ötən ilin Aprel döyüşləri nəticəsində azad olundu. Yəni sülh danışıqları nəticə verməsə, Azərbaycan güc yolu ilə təzyiqi artıra bilər ki, Cocuq Mərcanlı kəndlərinin sayı daha da arta bilər”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də Cocuq Mərcanlıya səfərinin təşkilinə ehtiyac var ki, vasitəçilər həmin mesajlarla yerindəcə tanış ola bilsinlər:

"Bu, mesajdan daha çox bir çağırışdır. Zənnimcə, həmsədrləri də Cocuq Mərcanlıya aparmaq lazımdır ki, onlar sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycanın başqa vasitələri işə salaraq digər kəndləri də işğalçılardan azad edə biləcəyini anlasınlar. Ona görə də həmsədlər təkcə Bakı səfəri ilə kifayətlənməməlidirlər. Necə ki, Ermənistan üzərindən separatçıların nəzarət etdiyi bölgəyə səfər ediblər, Azərbaycan tərəfi də Qarabağın bu hissəsindən həmsədrlərin Cocuq Mərcanlıya səfərini təşkil etməlidir”.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...