"Ordumuz uğurlu əks-hücum əməliyyatı keçirdi..."
Bu gün ölkəmizin həyatında əlamətdar və tarixi gündür.
Sfera.az Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib.
"Cocuq Mərcanlı kəndinin bərpası münasibətilə siz sakinləri, bütün Azərbaycan xalqını təbrik edirəm. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz, bu kənddə yaşayan insanlar kəndin tarixini yaxşı bilirisiniz. İndi isə bütün Azərbaycan Cocuq Mərcanlının tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Kəndin Azərbaycan tarixində xüsusi yeri var. Siz bilirsiniz ki, Cocuq Mərcanlı bir neçə ay ermənilərin işğalı altında qalıb, həmin müddətdə kəndi dağıdıblar. Bütün binaları sökmüşdülər, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı, Horadiz qəsəbəsi işğaldan azad olundu".
Prezidentin sözlərinə görə, Cocuq Mərcanlıda yaşamaq riskli və təhlükəli idi: "Buna baxmayaraq, siz sakinlər burda yaşayırsınız. Ötən il aprel döyüşlərində erməni təxribatının qarşısını alanda Azərbaycan Ordusu uğurlu əks-tədbir əməliyyatı keçirdi. Minlərlə hektar Azərbaycan torpağı işğaldan azad edildi. Lələ Təpənin azad edilməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz yaşayış təmin olundu."
Sfera.az