Logo

Bu ölkənin birinci xanımı vəfat etdi

Bu ölkənin birinci xanımı vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan Zənzibarda xəstəxanada vəfat edib.

Sfera.az bildirir ki, bu barədə ölkənin vitse-prezidenti Deoqratius Ndjembi məlumat verib.

“Dərin kədərlə bildirirəm ki, Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan vəfat edib”, – o bildirib.

Dəfn mərasiminə hazırlıq Zənzibar adasındakı Kizimkazi kəndində aparılır. Dəfnin tarixi hələ açıqlanmayıb.

Ameyr Həsən ixtisasca aqronom olub və ictimai tədbirlərdə nadir hallarda görünüb. Onlar 1978-ci ildən evli idilər, dörd övladı var./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR