İlham Əliyevin islam ölkələrinə - Mesajı
Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir.
Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
Prezident bu il Azərbaycanda İslam Həmrəyliyi İli elan edildiyini və il ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlərin keçirildiyini xatırladıb:
"Bu ili İslam Həmrəyliyi İli elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik.
Bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdur. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar islam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində islam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq”.