Leyla Abdullayevadan Paris meriyasına cavab

Leyla Abdullayevadan Paris meriyasına cavab
Kateqoriya məlum deyil
T

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib.

Sfera.az xəbər verir ki, diplomat bu barədə "X”də paylaşım edib.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin keçmiş nümayəndələri də daxil olmaqla Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli biliniblər.

"Erməni məhbuslara ağır cinayətlərdə -insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, eləcə də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibəni maliyyələşdirdiyinə görə "Mirotvorets" sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransanın Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, belə profilli şəxslərin azad edilməsini tələb etmək bizə ziddiyyətli görünür", - deyə vurğulayıb.

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR