İran niyə hədəf alındı? – Politoloq səbəbləri açıqladı

İran niyə hədəf alındı? – Politoloq səbəbləri açıqladı

İŞİD-in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi.

Sfera.az xəbər verir ki, bu sözləri İran parlamentinə edilən hücumla bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi İran parlamentində və Xomeyninin məzar kompleksində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinə olduğunu bildirib:

"Çünki bu, Ər-Riyada lazım deyil. Doğrudur, Səudiyyə İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır. Ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf İŞİD-in dəst-xəttidir. Əslində, İŞİD-in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi. İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, bircə İran qalmışdı, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır”.

Politoloq bundan sonrakı proseslərlə bağlı ehtimallar da irəli sürüb:

"İranın iki yolu var: birincsi, ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək, Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq, ikincisi, İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq”.

E.Şahinoğlu ikinci yolun İrana yaxşı heç nə vəd etmədiyini, əksinə, İŞİD-in mövqelərini gücləndirəcəyini düşünür:

"Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya, nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı, yoxsa sabitlik naminə azadlıqların məhdudlaşdırılması” dilemması qarşısında qalsın. Tehran şübhəsiz, sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD də elə bunu istəyir”.

Bu arada politoloq terrorun Azərbaycanın qonşuluğuna çatmasına da diqqət çəkib:

"Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, İŞİD-in sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi prorblematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər də var. Onların da xüsusi nəzarət altına saxlanılması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil”.

Qeyd edək ki, bu gün naməlum şəxslər İran parlamentinə və Xomeyninin məqbərəsinə silahlı hücum edib. Atışmalarda 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb, 4 nəfər isə terrorçular tərəfindən girov götürülüb.

Ən son məlumatlarda parlamentin digər binasında atışmaların başladığı bildirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...