Paşinyandan TRIPP-lə bağlı AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Ermənistanda “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsi sovet dövründən qalan yol infrastrukturu ilə hərəkət edəcək.
Sfera.az “Sputnik Yaxın Xaric” Telegram kanalına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, marşrut Ermənistanın cənub sərhədi boyunca, Araz çayının sahili ilə uzanacaq.
Bildirilir ki, “Tramp marşrutu” Ermənistanı Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək.
İnci
Sfera.az
Açar sözlər:






