Medvedevdən Ermənistana XƏBƏRDARLIQ

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ermənistan Qərbə tərəf yönəlmiş kursunu davam etdirəcəyi təqdirdə "Gürcüstanın taleyini təkrar edəcək".
Sfera.az xəbər verir ki, rusiyalı siyasətçi məsələ ilə bağlı fikirlərini bu cür ifadə edib:
"Qərb Gürcüstandan özünə sərfəli olduğu anda bizə qarşı geopolitik mübarizənin küt bir aləti kimi istifadə etdi. NATO və Aİ-yə üzvlüklə bağlı verilən bütün vədlərə baxmayaraq, bu ölkənin taleyi onları qətiyyən maraqlandırmırdı. Düşmənlərimiz bu istiqamətdə heç bir nəticə əldə edə bilməyəcəklərini anlayanda istifadə etdikləri bu “ögey qızı” taleyin ümidinə buraxdılar.
Ermənistan Qərb tərəfə xəyali inteqrasiya kursunu davam etdirərsə, onu da eyni nəticələr gözləyir. Avropa İttifaqı və ABŞ-nin bu ölkə vətəndaşlarının rifahı vecinə belə deyil. Ermənistan Rusiyaya qarşı bir alət kimi marağını itirən kimi, Qərb siyasətçiləri bütün vədlərindən sanki heç vaxt olmayıbmış kimi anındaca imtina edəcəklər. Bununla yanaşı, ölkəmizlə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana səbəb olacaq. Bəlkə də daha pis nəticələrə..."/musavat






