Logo

Tramp: ABŞ-nin özünün də Patriot raketlərinə ehtiyacı var

Tramp: ABŞ-nin özünün də Patriot raketlərinə ehtiyacı var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli raketlər və Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü məsələsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Tramp Ağ evdə jurnalistlərə açıqlamasında ABŞ-nin də bu silahlara ehtiyacı olduğunu deyib.

"Bizim də onlara ehtiyacımız var. Bilirsiniz, Co Bayden ona (Ukrayna Prezidenti Volodimir Zelenskiyə – red.) 300 milyard dollar dəyərində silah verib", - deyə Tramp bildirib.

ABŞ Prezidenti sələfi Co Baydeni Ukraynaya böyük həcmdə silah göndərməkdə tənqid edib.

"O, Ukraynaya çox böyük həcmdə silah verdi. Həm də bunlar tamamilə pulsuz təqdim olunurdu", - deyə Tramp əlavə edib./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR