Tramp təcili iclas çağırdı

Tramp təcili iclas çağırdı
Kateqoriya məlum deyil
T

"ABŞ-nin" Müdafiə Nazirliyi ("Pentaqon") sursat çatışmazlığı ilə bağlı təcili müşavirə keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin prezidenti Donald Tramp müdafiə nazirinin təchizat məsələlərinə cavabdeh müavini Stiven Faynberqə zəng edərək sursat ehtiyatlarının azalması ilə bağlı narazılığını bildirib.

Bundan sonra Stiven Faynberq hərbi və müdafiə satınalmalarına cavabdeh yüksəkrütbəli rəsmiləri cümə günü axşam keçiriləcək təcili iclasa toplayıb. Görüşdə ABŞ-nin sursat çatışmazlığının aradan qaldırılması üçün operativ tədbirlərin müzakirə ediləcəyi bildirilir.

Bundan əvvəl "The Washington Post" qəzeti yazmışdı ki, "Donald Tramp" sursat qıtlığı ilə bağlı məlumatlara görə Pentaqon rəhbəri Pit Heqsetə narazılığını ifadə edib. Bildirilir ki, sursat ehtiyatlarının azalması ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarını məhdudlaşdıra bilər.

Xatırladaq ki, avqustun 4-də "CNN" telekanalı ABŞ-nin İranla münaqişə zamanı ballistik raketlərin atmosferdənkənar yüksək hündürlükdə məhv edilməsi üçün nəzərdə tutulan "THAAD" raketdən müdafiə sistemi üçün raket ehtiyatlarının 80 faizə qədərini istifadə etdiyini iddia etmişdi. Pit Heqset isə bu məlumatları təkzib edərək onları yalan adlandırmışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR