Logo

BMT Azərbaycana təşəkkür edib

BMT Azərbaycana təşəkkür edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT Yəmənə humanitar yardım göstərilməsi məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib.

Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda BMT-nin mənzil-qərargahında gündəlik brifinq zamanı bildirib.

O, Yəmənə humanitar yardım göstərilməsi üzrə öhdəliklərini tam həyata keçirən ölkələrə təşəkkür edib.

Yəmənə yardım üçün dəstək olanlar arasında Azərbaycan, Rusiya və ABŞ var.

S.Düjarrik qeyd edib ki, ABŞ eyni zamanda Yəməndə aclıqla mübarizə üçün daha 77 milyon dollar ayıracağını bəyan edib. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR