Başqa heç bir ölkə belə bir uğur əldə etməyib - Prezident

Başqa heç bir ölkə belə bir uğur əldə etməyib - Prezident

Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Sfera.az xəbər verir ki, bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. İlham Əliyevin sözlərinə görə, Azərbaycana gələn turistlərin sayı hazırda milyonlarla ölçülür:

"Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki islam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır”.


Prezsident xüsusi olaraq vurğulayıb ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir:

"Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR