Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var - Mogerini
Siyasət
15:40 / 23.05.2017
1279
"Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var”.
Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O status-kvonun dayanıqlı olmadığını vurğulayıb.
"Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir” – F.Mogerini bildirib.
Sfera.az