Logo

Putinin yeni varisi məlum oldu: 2018-ci il üçün İKİ SSENARİ

Putinin yeni varisi məlum oldu: 2018-ci il üçün İKİ SSENARİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladimir Putinin yerinə Rusiya prezidenti postuna ən ehtimal edilən namizəddir.

Bunu Rusiya jurnalisti və televiziya aparıcısı Yevgeni Kiselyov bildirib.

Putinin yeni varisi məlum oldu: 2018-ci il üçün İKİ SSENARİ

Onun sözlərinə görə, hazırda Rusiyada 2018-ci il üçün hadisələrin inkişafının iki əsas versiyası irəliləyir.

"Birinci, varis olaraq ən çox Sergey Şoyqunun adını çəkirlər. Payızda hökumət başçısını dəyişdirirlər, Şoyqu və ya başqa varis baş nazir olur. İkincisi, Putin seçkilərə gedir və qalib gəlir. Daha sonra isə ağır yük onu bezdirir. Lakin bu, 2018-ci ildə deyil, daha sonra baş verir”, - jurnalist bildirib.

Onun sözlərinə görə, Vladimir Putin özü üçün "millətin atası” kim xüsusi post təşkil edir.

Aparıcı həmçinin etiraf edib ki, Rusiyada vəziyyətə dair hansısa proqnozları vermək çətindir.

"Putin dövrünün Rusiya siyasətinin fərqləndirici xüsusiyyəti prinsipial tutqunluqdur. Kreml "qara qutu”dur”, - Kiselyov yekunlaşdırıb./Publika/az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR