Prezident İlham Əliyev İbrahim Quliyevi "Şöhrət" ordeni ilə təltif etdi
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev İ.S.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan elminin inkişafında xidmətlərinə görə İbrahim Said oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilsin.






