Almaniyanın yeni səfiri Bakıdadır

Almaniyanın yeni səfiri Bakıdadır
Kateqoriya məlum deyil
T

Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.

"Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.

Xatırladaq ki, D.Lölke bu postda Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib.

PAYLAŞ