Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi
Siyasət
18:54 / 16.05.2017
1029
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.