Avropa Şurasından Ermənistana ciddi irad
Ermənistan hakimiyyət orqanlarının passiv münasibəti ölkədəki milli azlıqların dillərinin qorunmasında əsas əngəllərdən biridir.
Bu barədə Regional və milli azlıqların dilləri barədə Avropa Xartiyasına dair Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə qurumun yaydığı hesabatda deyilir.
Hesabata əsasən milli azlıqların dilləri və mədəniyyətlərinin tanınması, onların malliyə problemlərinin həlli, milli azlıqların dillərinin qorunmasına münasibətin dəyişməsi istiqamətlərində Ermənistan hakimiyyəti daha çox iş görməlidir.
2016-cı il may ayınadək dövrü əhatə edən hesabatda Ermənistandakı 5 milli azlığın vəziyyətinə diqqət yönəlib: rus, yunan, assuriya, kürd və yezidi. Rus dili ilə bağlı ölkədə vəziyyət qənaətbəxş olduğu halda, hesabat müəllifləri qeyd edib ki, yunan dili milli azlıq dili kimi Ermənistanda tamamilə yoxa çıxa bilər. Həmçinin assuriya, kürd və yezidi dillərinin təbliğində müəyyən çatışmazlıqların olduğu bildirilib. Belə ki, hüquqi imtiyazlara baxmayaraq, bu dilləri öyrədən müəllimlərin azlığı müşahidə olunur və onlar həm ictimai, həm də müstəqil media məkanında çox az həcmdə təmsil olunur.
Məruzə müəlliflərin qənaətinə görə, milli azlıqların təşəbbüsü ilə folklor festivalları keçirən Ermənistan hakimiyyəti bununla bağlı məsuliyyəti yerli hakimiyyət orqanların üzərinə qoyur. Halbuki Ermənistanın 2002-ci ildə qoşulduğu Xartiyaya əsasən milli azlıqların dillərinin təşviqi və qorunması birbaşa hökumətin üzərinə qoyulan öhdəlikdir. (apa)
Sfera.az