Putinin nümayəndəsi Almaniya kanslerini məsxərəyə qoydu

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Almaniya milli futbol komandasının dünya çempionatında məğlubiyyətindən sonra Almaniya kansleri Fridrix Mertsin komandaya ünvanladığı müraciətə ironik reaksiya verib.
Sfera.az bildirir ki, o, fikrini “X” sosial şəbəkəsində paylaşıb.
“Merts uğursuzları həvəsləndirməkdə həmişə yaxşı olur”, – deyə Kreml nümayəndəsi zarafatla yazıb.
Beləliklə, Dmitriyev Mertsin Almaniya futbolçularına dəstək mesajına münasibət bildirib. Kansler paylaşımında “Almaniya futbolçuları ilə fəxr edir” sözlərini qeyd etmişdi.
Xatırladaq ki, Almaniya millisi sensasiyalı şəkildə Paraqvay yığmasına məğlub olaraq dünya çempionatından mübarizəni dayandırıb.
İnci
Sfera.az
